12:06, 27 Aprel 2017 (Cümə axşamı) 76

İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyətin Moldova bölümü "Ermənistan Azərbaycan Sülh Platforması"-na qoşulub

İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyətin Moldova bölümü

Bakı. 27 aprel. / İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyətin Moldova bölümünün sədri Gennadiy Kaunov, “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulması barədə bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bəyanatda deyilir: 

“Mən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edirəm. Eləcə də, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edirəm. 

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyətə dəstəyimi bildirirəm.

Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin birbiri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığına görə dərin təəssüf hissi keçirirəm.

Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək mən, bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulduğumu bəyan edirəm”.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";