11:12, 27 Aprel 2017 (Cümə axşamı) 124

"İnter Arena"nı gözləyən böyük təhlükə

/ İDMAN
"İnter"in dağılması Azərbaycan futboluna daha bir zərbə vuracaq.

Sport7.az xəbər verir ki, Beynəlxalq Bankın sponsorluqdan imtinasından sonra çətin günlər yaşayan "İnter"in tarixin yaddaşına köçməsiylə ölkə futbolu daha ağır vəziyyətə düşəcək. Söhbət təkcə iddialı futbol klublarımızdan birinin dağılmasından getmir. Bakının mərkəz hissələrindən hesab olunan ərazidə yerləşən "İnter Arena"nın gələcəyi də təhlükəlidi. Belə ki, bank rəsmiləri əmlakları hesab olunan idman qurğusunu güzəştsiz heç kimə vermək fikrində deyillər.

UEFA-dan gələn maliyyə yardımları sayəsində Fuad Musayev tərəfindən inşa olunan və ilk vaxtlar "Şəfa" stadionu adlanan arena sonradan gizlin şəraitdə AFFA tərəfindən Beynəlxalq Banka satıldı. Hazırda stadionun ətrafında bankın pulu ilə otel tikilib, dizayn tamamilə dəyişdirilib. Əldə etdiyimiz informasiyaya görə, Beynəlxalq Bank stadionu 25-30 milyon qarşılığında satmağa hazırdı. Amma bu qiymətə yaxın düşən tapılmır. "Su qiyməti"nə stadionu satan AFFA da bankın bu tələbi qarşısında acizdi.

Beynəlxalq Bank "İnter Arena"nı satmağa və ya icarəyə verməyə müştəri tapmazsa, onun saxlanılmasına pul ayırmağa da maraqlı olmayacaq. İstifadəsiz qalan stadionun gələcəkdə ümumiyyətlə, ləğv olunması, həmin ərazidə başqa obyektin tikilməsi də mümkündü.

Mövzunu diqqətdə saxlayacağıq.

Sport7.az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";