14:45, 12 Yanvar 2017 (Cümə axşamı) 114

İranın sanksiyaların aradan qaldırılmasından sonra aldığı ilk "Airbus" Tehrana gətirilib

İranın sanksiyaların aradan qaldırılmasından sonra aldığı ilk
/ DÜNYA

Bakı. 12 yanvar. / "İran Air" aviaşirkəti hava sanksiyalarının qaldırılmasının ardından ilk dəfə "Airbus" alıb.

"Report" "Euronews"a istinadən xəbər verir ki, 189 sərnişin daşıyan "A321" markalı təyyarə bu gün Tehrana gətirilib.

Qeyd edək ki, sanksiyaların aradan qaldırılmasından sonra Tehranda İran hökuməti və nəhəng aviaistehsalçılar - "Boeing" və "Airbus" şirkətləri arasında müqavilələr imzalanıb. Sənədə əsasən, İran tərəfi 80 ədəd "Boeing", 100 ədəd "Airbus" hava gəmisi alacaq.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";