22:30, 17 Aprel 2017 (Bazar ertəsi) 120

İsgəndərovun Parisdə 3 milyard avroya 2 göydələn tikmək planı...

İsgəndərovun Parisdə 3 milyard avroya 2 göydələn tikmək planı...
/ ÖLKƏ

Azərbaycan əsilli rusiyalı biznesmen Emin İsgəndərov Parisdə iki göydələn tikintisi layihəsi üçün maliyyə qaynaqları tapa bilməyib.

Virtualaz.org “Le Figaro”ya istinadən xəbər verir ki, “Hermitage” şirkətinə rəhbərlik edən İsgəndərovun öz layihəsinə kreditorları cəlb etməsi hələlik mümkün olmayıb.

Xəbər verildiyi kimi Emin İsgəndərov Paris ətrafında, La Defense səmtində iki göydələnin tikintisi üçün icazə almağa nail olub. Həmin ərazidəki evlərin sakinləri köçməyə razılıq veriblər. Biznesmen onların evlərinin yerində çoxfunksiyalı iki göydələn tikməyi nəzərdə tuturdu. Onun layihəsi üçün 3 milyard avro investisiya tələb olunur. Lakin indi məlum olur ki, biznesmen layihəsi üçün kredit ala bilmir, üstəlik La Defense-də tikintiyə icazə verən dövlət orqanı ilə müvafiq müqavilə bağlamayıb.

“Hermitage Plaza” adlı iki yanaşı göydələnin tikintisi Rusiyanın “Mirax Gropu” şirkətinə və İsgəndərovun keçmiş biznes partnyoru , yüz milyonlarla dollarlıq dələduzluğa görə Rusiyadan qaçıb Kambocada mənzillənən, lakin iki il əvvəl orada tutulub Rusiyaya təhvil verilən Sergey Polonskiyə məxsus olub. Layihənin arxitektoru britaniyalı Norman Fosterdir. Layihəyə əsasən göydələnlərin hündürlüyü 320 metr olmalıdır.

Qaynar.Az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";