18:30, 24 Avqust 2016 (Çərşənbə) 213

Bakıda iki polis bölməsinə yeni rəis təyin edilib

Bakıda iki polis bölməsinə yeni rəis təyin edilib
/ ÖLKƏ

Bakı. 24 avqust. / Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.

"Report"un xəbərinə görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rafael Albabayev vəzifəsindən azad edilərək 23-cü Polis Bölməsinə rəis təyin edilib.

Bundan başqa, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Nəsib Məmmədov Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə rəis təyin edilib.