16:23, 11 Yanvar 2017 (Çərşənbə) 130

"Çıxılmaz vəziyyətdə olduğumuz üçün özümüzü gücləndirmək istəyirik" - Şahin Diniyev

/ İDMAN
Artıq premyer-liqa komandaları hazırlıqlara start verib. Kimisi Türkiyəyə yollanıb, kimisi toplanışı elə Azərbaycanda keçməyi üstün tutub. Çempionatın qalan hissəsinə məhz elə vətəndə hazırlaşan komandalardan biri də "Kəpəz"di. Ancaq hələ ki, baş məşqçi Şahin Diniyev transferlər etməyə tələsmir, vaxt isə gedir. Bu davamiyyətlə "Kəpəz"in fasilədən sonra necə çıxış edəcəyi maraq doğurur. Heç klubun hazırlaşmaq üçün normal şəraiti də yoxdu. Bəs Şahin bəy nə düşünür?

Sport7.az-a verdiyi müsahibədə təcrübəli mütəxəssis qaranlıq suallara aydınlıq gətirib:

- Şahin bəy "Kəpəz"də niyə susqunluqdu? Digər klublar transferlər həyata keçiridyi halda sizdən hələ ki, səs-soraq yoxdu. Yəni, "Kəpəz"də problemli mövqe, hansısa çatışmazlıq yoxdu?

- Desəm ki, yoxdu yalan olar. Həqiqətən də çatışmazlıqlar var. Komanda hərəkətdə olanda, məşq edəndə bu problemlər görünür. Amma bu gün reallıqla uzlaşmaq məcburiyyətindəyik. O mənada ki, büdcəmiz dəyişiklik etməyə imkan vermir. İstər-istəməz bu heyətlə maya qədər yolumuza davam edəcəyik. İnanıram ki, uşaqlar 3 və 4-cü dövrədə daha yaxşı işləyəcək və uğur qazana biləcəyik. Kimsə heyətini gücləndirirsə, biz də məcburiyyətdən, çıxılmaz vəziyyətdə olduğumuz üçün özümüzü gücləndirmək istəyirik. Yəni futbolçuların fiziki durumunu yaxşılaşdımağa məcburuq. 

- Transfer siyahısı hazırlayıb rəhbərliyə vermişdiz?

- Xeyr, deyir "görünən kəndə nə bələdçi"? Komandanın içindəsənsə və nələrin olub-olmadığını bilirsənsə boş-boş siyahı hazırlamağa ehtiyac yoxdu. Ona görə də siyahı hazırlamadım. Komandanın həm maddi həm də mənəvi durumunun necə olduğunu bilirik. 

- Ümumiyyətlə bu məsələlərlə bağlı kiminləsə məsləhətləşirsizmi, görüşürsüzmü? Komandanın rəhbəri kimdi?

- Klubun Müşahidə Şurası var, onun da rəhbəri Elmir Vəliyevdi. onunla məsləhətləşirik, futbolçu almaq istəyirik. Amma hələlik imkanımız buna yol vermir.

- "Kəpəz" rəhbərliyinin sizi göndərib, əvəzinizə Yunis Hüseynovu gətirmək istəməsi ilə bağlı məlumatınız varmı?

- Bu suala cavab vermək istəməzdim. Nəsə deyirlərsə, bu sual rəhbərliyə verilməlidi.

- "Kəpəz"in hazırkı durumndan razısız?

- Komandanın içində olduğum üçün nə var nə yox bilirəm. Ümumiyytlə komandaya aid iki şey var nəticə və oyun. Oyun üslübunda irəliləyişlər nəzərə çarpır. Hər şeyi bəxt amili ilə bağlamazdım. Sadəcə, ustalıq səviyyəsi, individual səhvlər sayəsində bəzi oyunlarda vacib xallar itirdik. Göstərdiyimiz oyuna görə deyil, itirdiyimiz xallar üzündən məyusam. Komanda bu gün hər bir rəqiblər başabaş, açıq futbol oynamağı bacarır. Belə futbolçularla fəxr etməyə dəyər. Əminliklə deyə bilərəm ki, rəqiblərlə başabaş mübarizə aparacağıq. 

- Bəs "Kəpəz"dəki durumunuz, şərait sizi qane edirmi?

- Bu gün hansı məşqçi desə ki, komandanın durumundan razıyam, heç bir problem yoxdu düzgün olmaz. İnkişaf etməliyik. Bu gün özüm də başda olmaqla çatışmayan cəhətlərimiz var. Onları düzəltməyə çalışmalıyıq. Bu üzdən vicdanla, düzgün iş qrafiki üzrə işləməliyik. Desəm ki, həm öz durumumda, həm də "Kəpəz"də hər şey əladı, yalan olar. İnsan kimi problemli cəhətlərimiz çoxdu. Onu daha da yaxşılaşdırmalıyıq. İnanıram ki, komanda mövsümün sonunda istədiyinə çatacaq.

- Maaşları vaxtında ala bilirsiz?

- O sarıdan problem yoxdu. Bəlkə də bu mənada ilkdərdənik ki, hər bir futbolçu maaşını vaxtında alır. Gizlətməyə ehtiyac yoxdu, nə mükafat, nə də bonus sistemi var. Amma maaşlarla bağlı problem yoxdu.

- Komandanın düz-əməlli stadionu, hazırlıq üçün şəraiti yoxdu. Bu şəkildə daha nə qədər dözməyə səbriniz var?

- Yaxşı sualdı (gülür). Hər gün ümid edirik ki, yaxşı olacaq. Fikrimcə bu çox uzun davam etməyəcək. Rəhbərlik çalışır, bəlkə də bu yaxınlarda hansısa dəyişiklilər oldu. 

- Stadionun təmir edilməsi ilə bağlı söz-söhbət var?

- Mənim işim komandanın oyun üslübünü yaxşılaşdırmaq, məşq proseslərinə müdaxilə etməkdi. Bu haqda rəhbərlik daha yaxşı bilər. Əlbəttə, hansısa yaxşı şeylər olsa ilk növbədə mən xəbər tutacam. 

- Hazırlıq necə gedir?

- Məşqlərimiz davam edir, 3 və 4-cü dövrələrə hazırlaşırıq. Uşaqları istirahətə buraxmışdıq. Bugündən yığışırıq. Səhərlər dəniz kənarında, axşamlar isə "Dalğa Arena"da məşqlər davam edəcək. Ayın 21-nə qədər hazırlıq keçəcəyik. 4 yoxlama görüşü də nəzərdə tutmuşuq. Oyunların cədvəli sizdə var, oyunların ikisini ayın 17-də, digər ikisini də 19-da keçəcəyik. Fərqli heyətlərlə oynayacağıq. Hər futbolçuya 90 dəqiqə oynamaq şansı verəcəyik. 17-də AZAL və MOİK-lə, 19-da isə "Qaradağ Lökbatan" və "Zaqatala" ilə görüşəcəyik. Bununla da hazırlığımızı yekunlaşdıracağıq. 

-  "Kəpəz"dən yeni transfer gözləməyək də?

- Yəqin ki, yuxarıda dediyim səbəblər üzündən xeyr. Komandanı deyil, futbolçuları gücləndirməyə çalışacağıq.

Sport7.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";