06:27, 21 Aprel 2017 (Cümə) 111

Klint İstvud 2015-ci ildə Avropada terror aktının qarşısının alınması barədə film çəkəcək

Klint İstvud 2015-ci ildə Avropada terror aktının qarşısının alınması barədə film çəkəcək

Bakı. 21 aprel. / Amerika aktyoru, rejissoru və prodüseri Klint İstvud 2015-ci ilin yayında Parisə gedən sürət qatarında terror aktının qarşısının alınmasına köməklik göstərən üç amerikalı barədə film çəkəcək.

"Report" xəbər verir ki, bu barədə "The Hollywood Reporter" jurnalı yazıb.

Çəkilişlər "Warner Bros"un studiyasında aparılacaq.

Ekran əsərinin əsasında yazıçı Ceffri Sternin "Parisə gedn 15:17 qatarı: terrorçu, qatar və üç amerikalı qəhrəman haqqında əsl hekayə" kitabı duracaq. O özündə üç dostun - "Thalys" sürət qatarında baş verən real hadisələrin iştirakçısı olmuş Entoni Sedler, Alek Skarlatos və Spenser Stounun xatirələrini əks etdirir.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";