15:04, 21 Aprel 2017 (Cümə) 155

Komitə sədri: Bakıda 245 hündürmərtəbəli yaşayış binasının planlaşdırma sənədi razılaşdırılıb

Komitə sədri: Bakıda 245 hündürmərtəbəli yaşayış binasının planlaşdırma sənədi razılaşdırılıb

Bakı. 21 aprel. / “Ötən ilin fevralının sonundan bu günədək Bakı şəhərinin yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan 80 ərazi planlaşdırma sənədindən 60-ı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırlıb. Bu isə öz növbəsində ümumi yaşayış sahəsi 2,6 mln. kv. metr olan 245 hündürmərtəbəli yaşayış binası və ya 25 000 mənzil deməkdir”. “Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib.

A.Ələsgərovun sözlərinə görə, artıq real olaraq söküntü işlərinə və əhalinin köcürülməsinə başlanılıb: “Eyni zamanda onlarla hündürmərtəbəli yaşayış binaları artıq tikilir. 5 il müddətinə nəzərdə tutulmuş bu böyük tikinti layihəsi bugünkü templə davam edərsə, uğurla həyata keçiriləcək”.

Sədrin sözlərinə görə, Komitə Bakı şəhərinin müvafiq rayonlarının ərazisində köhnəlmiş və qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarının icrasında yaxından iştirak edir və müvafiq rayon icra hakimiyyətləri tərəfindən təqdim olunan ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin razılaşdırılmasını həyata keçirir.

Qurum rəsmisi bildirib ki, bütün işlər həmin qərara əsasən görülür: “Vətəndaşlar yeni mənzillərə köçürülür, qəzalı binalardan canı qurtarır, eyni zamanda, həmin vətəndaşlara əvvəlkindən təxminən 10%, bəzi hallarda 20%, yaxud 30% daha böyük ölçüdə təmirli mənzillər verilir. Həmçinin, yeni binaların tikildiyi müddətdə sakinlər sahibkarların hesabına şəhərdə kirayə evlərdə, yaxud da sakinlərin əvvəl yaşadıqları həmin ərazidə tikilmiş əsas binanın mənzillərində müvəqqəti yaşayış yeri ilə təmin edilirlər. Bunu, sakinlərin heç bir xərc çəkmədən qəzalı vəziyyətdə olan mənzillərinin, yeni, daha rahat və geniş mənzillərlə əvəz olunduğu sosial mənzillər hesab etmək olar. Çünki, köhnəlmiş və qəzalı vəziyyətdə olan həmin binalar istismar müddətini başa vurduğu üçün artıq həmin binaların sakinləri üçün real təhlükə mənbəyinə çevrilmişdi. Məhz bu layihə, həmin problemləri vaxtında həll edə biləcək sosial yönümlü vacib tədbirlərdəndir. Bizdə olan məlumata görə xaricdə sosial mənzillər, hündürlüyü 3 mərtəbədən çox olmayan və əsasən bir mərtəbədə bir neçə mənzilli koridor tipli yığcam mənizillər nəzərdə tutulur və belə tikililər massiv şəklində şəhər ətrafında aparılır”. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";