09:46, 27 Aprel 2017 (Cümə axşamı) 52

Krım MR Prokurorluğu: "Hazırda Azərbaycan şirkətlərinin nümayəndələri cinayət işində yalnız şahid ola bilər"

Krım MR Prokurorluğu:

Kiyev. 27 aprel. / "İşğal olunmuş Krımda baş tutan Yalta forumuna xarici iştirakçıların qatılması faktı üzrə cinayət işi açılıb".

Krım Muxtar Respublikasının Prokurorluğunun mətbuat xidmətindən "Report"un Ukrayna bürosuna verilən məlumata görə, hazırda Azərbaycan şirkətlərinin nümayəndələrinin forumda iştirak edib-etmədiyi yoxlanılır, hələlik Azərbaycan şirkətlərinin nümayəndələri cinayət işində yalnız şahid ola bilər.

"Prokurorluq göstərilən faktlar əsasında açılmış cinayət işi çərçivəsində Yalta forumunda iştirak etmiş şirkətlərin ölkələrinə vətəndaşlarının işğal altındakı Krıma getməsinə aydınlıq gətirilməsi məqsədilə beynəlxalq sorğu göndərməyə hazırlaşır. Bu və ya digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə onların fəaliyyətinin Ukraynanın təhlükəsizliyinə qarşı yönəldildiyi faktı təsdiqini tapdıqdan sonra danışa bilərik. Bu gün şirkətlər və onların nümayəndələri istintaqa lazım müəyyən məlumatların əldə edilməsi üçün şahid qismində çıxış edə bilər. Hazırda Azərbaycan şirkətlərinin nümayəndələrinin forumda iştirak edib-etmədiyi faktı da yoxlanılır", - Krım MR Prokurorluğunun mətbuat xidmətindən bildiriblər.

Bununla yanaşı, mətbuat xidməti vurğulayıb ki, xarici vətəndaşların yarımadanın müvəqqəti işğal olunmuş ərazilərinə getməsi Ukrayna Dövlət Miqrasiya Xidməti tərəfindən verilən xüsusi razılıq əsasında olmalıdır, əks təqdirdə, bu, Ukrayna qanunvericiliyinin pozulması deməkdir.

Xatırladaq ki, KİV-də Ukraynada Azərbaycanın 17 dövlət müəssisəsinə qarşı cinayət işi açıldığı iddia olunub.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";