22:44, 11 Yanvar 2017 (Çərşənbə) 94

Körpələr niyə nevrozdan əziyyət çəkir? - Azərbaycanlı həkimdən AÇIQLAMA

Körpələr niyə nevrozdan əziyyət çəkir? - Azərbaycanlı həkimdən   AÇIQLAMA
/ ÖLKƏ
"Uşaqlarda onurğa, omba çıxığı problemlərini vaxtında həll etmək lazımdır. Əks təqdirdə uşaqların yeriməsi ilə bağlı problem yaranır".

365.az Report-a istinadən xəbər verir ki, həkim-fizioterapevt Zaur Əliyevin sözlərinə görə, onurğa problemi ilə üzləşən xəstələr arasında uşaqların üstünlük təşkil edir: "Bəzən həkimə 2 yaşını keçən, lakin yeriyə bilməyən uşaq gətirirlər. Müayinədən sonra doğuş zamanı uşağın ombasının yerindən çıxdığı üçün bu cür problem yarandığı məlum olur. Uşaqlar arasında onurğa sütununun xəstəlikləri, sinirin sıxılması problemləri olur. Bundan sonra uşağın sinirlərinin pozulduğunu, nevroz olduğunu deyirlər. Əslində isə səbəb sinirin sıxılmasıdır".

Həkim-fizioterapevt qan-damar siteminin onurğanın içindən keçdiyini xatırladıb: "Fəqərənin burulması nəticəsində bu sistemin və beyinin qidalanması pozulur. Beyin düzgün qidalanmadıqda nevroz yaranır. Ona görə də uşaqlarda problem olanda vaxtında üstünə düşmək lazımdır".

365.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";