14:52, 18 Aprel 2017 (Çərşənbə axşamı) 168

"Kubokun finalı "CBC Sport" vasitəsilə canlı yayınlanacaq" - Şəmsəddin Abbasov

/ İDMAN
Kubokun finalının Naxçıvana salınması müəyyən müzakirələrə səbəb oldu. 

Futbol ictimaiyyətinin bir sıra nümayəndəsi ora gediş - gəliş məsələsi üzündən finalı stadiondan izləmək imkanından mərhum olacaq. Təbii ki, belədə matçı canlı izləyə bilməyənlər ən azı çempionatın oyunlarını yayınlayan "CBC Sport" vasitəsilə oyuna baxmaq istəyəcəklər. Bəs bu baş tutacaqmı?

Hər halda suala cavab tapmaq üçün telekanal rəsmisi ilə danışmağı qərara aldıq. "CBC Sport"un baş redaktoru Şəmsəddin Abbasov Sport7.az-a açıqlamasında bunları söylədi:

"Bəli, kubokun finalı "CBC Sport" vasitəsilə canlı yayınlanacaq. Bu yaxınlarda Naxçıvana getmişdik. Stadiona baxdıq. Hər şey qaydasındadı. Naxçıvan ilk dəfə deyil ki, böyük oyun qəbul etmir. Bir dəfə də superkubok matçı keçirilib. Baş direktor Volkan Üstün rəhbərliyi altında yaradıcı və texniki heyət ora yollanmışdı. Naxçıvandan yayım edəcəyimiz üçün arena ilə tanış olduq. Hər hansı problem yoxdu. Stadionun ətrafında xırda yenidənqurma işləri aparılır. Söz verdilər ki, bir neçə gün qalmış bu işlər yekunlaşacaq. Naxçıvanda həm "Qarabağ" həm də "Qəbələ"nin kifayət qədər azarkeşi olduğunu gördüm. Düşünürəm ki, tribunalarda boş yer olmayacaq. Çünki hamı böyük həvəslə bu oyunu gözləyir. Yerlərə gəlincə, "CBC Sport" üçün ayrıca şərhçi kabinəsi quraşdırılacaq. Bundan başqa operatorlarımız üçün yerlər tələb etdik. onlar da quraşdıracaqlarına, hər şeyin qaydasında olacağına söz verdilər".

Sport7.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";