10:32, 17 Aprel 2017 (Bazar ertəsi) 169

Londonda gecə klubunda zəhərli maddə sızıntısı baş verib, 600 nəfər təxliyyə edilib

Londonda gecə klubunda zəhərli maddə sızıntısı baş verib, 600 nəfər təxliyyə edilib
/ DÜNYA

Bakı. 17 aprel. / Londondakı gecə klublarından birində naməlum zəhərli maddənin sızması nəticəsində azı 11 nəfər yanıq xəsarəti alıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisəyə görə gecə klubundan təxminən 600 nəfər təxliyyə edilib.

Onlardan 200-ü xilasedicilər gəlməmişdən əvvəl özləri məkanı tərk edib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları, təcili-tibbi yardım maşınları və polis əməkdaşları cəlb edilib, əraziyə gedən yollar bağlanıb.

Azı doqquz nəfər xəstəxanaya yerləşdirilib. Polisin məlumatına görə, daha 2 nəfər özü həkimə müraciət edib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";