12:41, 24 Aprel 2017 (Bazar ertəsi) 98

Manatı nə gözləyir? – PROQNOZLAR

Manatı nə gözləyir?   – PROQNOZLAR

Biznes qurumlarında belə bir rəy var ki, ölkəmizdə keçiriləcək beynəlxalq yarışlar bitəndən sonra dollar 2 manatadək bahalaşacaq. Bəs, görəsən, iqtisadçılar bu barədə nə fikirləşir?

"Qaynar" musavat.com-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, manat sentyabr ayından etibarən kəskin dəyər itirə bilər: “Pul siyasətini Mərkəzi Bank, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Onlar belə qərara gəliblər ki, manatı müəyyən qədər qoruyub saxlasınlar. 

Əlbəttə, indiki zamanda bu vacibdir. Çünki Azərbaycanda İslam Oyunları, “Formula 1” yarışları keçiriləcək, gələn turistlərin sayı həddindən artıq çox olacaq. Dolların ucuz olması bizə sərf edir ki, turistlərdən dollar ucuz qiymətə alınsın. 

Amma ümumi götürəndə real sektorun, iqtisadiyyatın inkişafı üçün manat gec-tez öz bazar qiymətini almalıdır. Mən hesab edirəm ki, bu proses haradasa avqust-sentyabr aylarına qədər davam edəcək, ancaq sonra bu prosesi saxlamaq çox çətin olacaq. Sonra qərar veriləcək ki, manat yenidən ucuzlaşmağa başlasın və dollar bahalaşsın. 

Hazırda ölkədə manat qıtlığı yaradılıb. İnvestisiya layihələrinə vəsait qoyulmur, nağd pul çıxartmaqla əlaqədar problem yaradılır. Yay aylarında da bu problem çox hiss olunmayacaq.

Ancaq hökumət iqtisadiyyatın inkişafını istəyirsə, sentyabrdan etibarən manat öz dəyərini almalıdır. Ola bilər ki, bu ilin yanvar ayında dollar necə 1,90 manata qalxmışdısa, yenə həmin məzənnəyə qalxar”.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov da ilin sonunadək manatın devalvasiyaya məruz qalacağını bildirdi:

“Hər bir halda indiki məzənnəsindən ucuz olacaq. Lakin nə qədər ucuzlaşacağını birmənalı demək mümkün deyil. Burada iki variant mümkündür. Məlum olduğu kimi, manatın məzənnəsi tələb və təklif əsasında formalaşır.

Hazırda ölkəmizin 38 milyard dollara yaxın valyuta ehtiyatı var. Bunun 33,2 mlrd. dolları Neft Fondunda və 4,4 mlrd. dolları isə Mərkəzi Bankda saxlanılır. Milli valyutadakı pul bazamız isə 7,2 mlrd. manatdır. 

Yəni, kobud desək, dövlət bu gün bütün valyuta ehtiyatını dövriyyədə olan manat kütləsinə dəyişsə, 1 dollar 21 qəpiyə bərabər olacaq. Yəni, dövlət istəsə, manatı hələ 8 dəfə də bahalaşdıra bilər. 

Ancaq bu başqa məsələdir ki, dövlət buna heç vaxt getməz, çünki bu halda valyuta ehtiyatı tam tükənər və ölkənin iqtisadi təhlükəsizliyi sual altında qalar”.

İqtisadçının fikrincə, hamı anlayır ki, manatın məzənnəsi iqtisadiyyatın bir nömrəli məsələsi deyil, lakin psixoloji təsiri böyükdür: “Məhz buna görə də, bu ilin fevral ayından başlayaraq dövlət valyuta ehtiyatlarını satmaqla manatı bahalaşdırdı. 

Yəni, reallıqda manatın bahalaşması üçün obyektiv heç nə baş vermədi. Sadəcə, dövlət daha çox dollar satıb, manatı bahalaşdırdı. Eyni zamanda, manat kütləsi də sıxıldı. Belə ki, hətta dövriyyədə olan manat kütləsini də Mərkəzi Bank banklardan depozit kimi yüksək faiz dərəcəsi ilə, 14,5 faizlə qəbul edib iqtisadiyyatı pulsuz qoydu ki, manat baha olsun. 

Əlbəttə, bu xətt davam etdirilsə, manat cüzi devalvasiyaya məruz qalacaq, 1 dollar 1,80-1,90 manat arasında dəyişə bilər”.

Ə.Həsənovun sözlərinə görə, hazırda tutulan bu xətt iqtisadiyyata ağır zərbə vurur, dövriyyəni, ödəniş sistemini iflic edir: 

“Buna görə də, ehtimal edirəm ki, prezidentin bəyan etdiyi iqtisadi islahatların icrası əsnasında dövriyyəni pulla təmin etmək lazım olacaq və Mərkəzi Bank banklara kreditlər verəcək, depozit faiz dərəcəsini endirəcək. 

Bu halda ilin sonuna dolların məzənnəsi 2 manatı ötəcək. Böyük ehtimalla yay aylarından başlayaraq dolların tədricən bahalaşmasını görəcəyik və bu proses payızda güclənə bilər”.

Qaynar.Az

(function(w, d, n, s, t) { w[n] = w[n] || []; w[n].push(function() { Ya.Context.AdvManager.render({ blockId: "R-A-211058-1", renderTo: "yandex_rtb_R-A-211058-1", horizontalAlign: false, async: true }); }); t = d.getElementsByTagName("script")[0]; s = d.createElement("script"); s.type = "text/javascript"; s.src = "//an.yandex.ru/system/context.js"; s.async = true; t.parentNode.insertBefore(s, t); })(this, this.document, "yandexContextAsyncCallbacks");

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";