18:31, 27 Aprel 2017 (Cümə axşamı) 69

Melo yenə gündəmdə - bu dəfə rəqibini yumruqladı - VİDEO

Melo yenə gündəmdə - bu dəfə rəqibini yumruqladı - VİDEO
/ İDMAN
"Libertadores Kuboku"nda "Penarol"la qarşılaşan "Palmeyras"ın məşhur futbolçusu Felipe Melo növbəti dəfə qalmaqalla gündəmə gəlib. 

Sport7.az xəbər verir ki, "Palmeyras"ın 3:2 hesabı ilə qələbə qazandığı matçın final fiti səslənən kimi ortalıq qarışıb. Hər iki komandanın futbolçuları bir-birləri ilə mübahisə etməyə başlayarkən, "Penarol"lu futbolçular Melonu qovalamağa başlayıb. 

Digər futbolçular "Penarol"un üzvlərini sakitləşdirməyə çalışdıqları bir anda isə Felipenin rəqib futbolçulardan birini yumruqlaması kameranın "gözündən" yayınmayıb. Braziliya yığmasının sabiq üzvü  bu hərəkəti ilə sanki "odun üzərinə benzin töküb". 

Belədə komanda yoldaşları Melonu hadisə yerindən uzaqlaşdırmaq üçün güclü səy göstərmək məcburiyyətində qalıb. Asayiş keşikçilərinin yatırtmaqda yetərsiz olduğu qalmaqaldan sonra hər iki kluba cəza verilməsi gözlənilir.

Sport7.az həmin anların videosunu təqdim edir:



Sport7.az

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";