15:30, 19 Dekabr 2016 (Bazar ertəsi) 222

Məşhur supermarketdən fırıldaqçılıq - FOTOLAR

Məşhur supermarketdən fırıldaqçılıq - FOTOLAR
/ ÖLKƏ
"Bizim Market” mağazalar şəbəkəsində çörəyin istehsal tarixi ikinci dəfə dəyişdirilərək satılıb. 

Bakı sakini Mahir Məmmədlinin aznews.az-a verdiyi məlumata görə, o, Əsəd Əhmədov küçəsindəki "Bizim Market” mağazasından çörək alıb. Evdə çörəyin köhnə olduğunu anlayan sakin çörəyin üzərindəki etiketin iki dəfə yapışdırıldığını aşkarlayıb. Sən demə, çörəyin üzərinə yapışdırılan istehsal tarixi iki dəfə dəyişdirilib.

Mahir Məmmədli məsələylə bağlı artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ünvanladığını da bildirib.