12:47, 07 Aprel 2016 (Cümə axşamı) 439

“28 May” metro stansiyasında oğurluq edən şəxs tutulub

“28 May” metro stansiyasında oğurluq edən şəxs tutulub
Metronun "28 May” stansiyasında oğurluq edən şəxs tutulub.

365.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, aprelin 4-də metronun "28 May” stansiyasında Bakı şəhər sakini Elvira Cəfərovanın cibindən mobil telefon oğurlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini Fərid Ağaəliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

365.Az





document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";