23:00, 25 Mart 2016 (Cümə) 381

Müharibə elan edildi: “Anonymous” İŞİD-ə qarşı

Müharibə elan edildi:   “Anonymous” İŞİD-ə qarşı
/ TEXNO
"Anonymous” haker qrupu İŞİD-ə qarşı müharibə elan edib.
 
Bu müharibənin səbəbi martın 22-də Brüsseldə törədilən terrordur. Bu haker qrupunun terror aktlarından sonra təşkilatlara qarşı müharibə elan etməsi artıq adət halını alıb.
 
"Anonymous” "YouTube”da yerləşdirdiyi videoda "azadlıq yenə də hücuma məruz qaldı” deyərək üzvlərini terorçulara qarşı mübarizədə dəstək göstərməyə dəvət edib. Haker qrupunun əvvəllər İŞİD-lə əlaqəsi olan minlərlə şəxsin bank hesabını ələ keçirdiyi iddia edilir. Bundan başqa İŞİD-in veb-saytında "Viaqra” reklamını yerləşdirildiyi də bildirilir. "Anonymous” bu dəfə yaydığı videoda Avropada müsəlmanlara qarşı ayrı-seçkilik edənlərə qarşı da mübarizə aparmağa çağırır. Haker qrupunun bu dəfə istəyinə necə və nə dərəcədə nail olacağı bilinmir.(Publika.az)

365.Az