09:23, 28 Aprel 2017 (Cümə) 231

Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Milli Məclisin sektor müdirini qətlə yetirən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
/ ÖLKƏ

Bakı. 28 aprel. / Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını baltalayaraq qətlə yetirməkdə təqsirləndirilən Məzahir Qasimi barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə keçən il sentyabrın 9-da Səbail rayonu Bayıl qəsəbəsi, Xanlar küçəsi ev 10, mənzil 4 ünvanında baş verib. Həmin ünvanda yaşayan M.Qasımi həyat yoldaşı Fəridə Məcidovaya balta ilə xəsarət yetirib. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisəni törədən M.Qasımi saxlanılıb.

Qətlə yetirilən F.Məcidova Milli Məclisin Aparatında sektor müdiri vəzifəsində çalışıb. O, ötən il yaşı ilə əlaqədar təqaüdə göndərilib. Mərhum ümumən 30 il Milli Məclis Aparatında müxtəlif vəzifələrdə işləyib.

Yaxınlarının sözlərinə görə, F.Məcidovanın həyat yoldaşı M.Qasımi arasında ev söhbəti olub. Bundan sonra mübahisə qızışıb və M.Qasımi tamah məqsədi ilə qadını amansızcasına qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Qasımi 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bakıda borc pul müqabilində vətəndaşların əmlakını dələduzluq yolu ilə ələ keçirən qadının apellyasiya şikayəti təmin edilməyib



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";