15:23, 27 Aprel 2017 (Cümə axşamı) 63

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Milli Şura Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib

Bakı. 27 aprel. / Milli Şura Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.

Bunu "Report"a Milli Şuranın Koordinasiya Şurasının üzvü Oqtay Gülalıyev bildirib.

O deyib ki, müraciətə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq: "Milli Şura mitinqlərin bazar günü keçirilməsini istəyir. Bu, hüquqi baxımdan da qanunidir. Amma Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görüşdə bildirdi ki, bazar günü mitinqlərin keçirilməsi məqsədəuyğun deyil. Aprelin 9-na təyin etdiyimiz mitinqi ayın 8-nə keçirdi. Biz də bununla bağlı məhkəməyə müraciət etmişik. Biz bundan başqa, mitinq keçirilməsi üçün təkcə Yasamal rayonunda yerləşən "Məhsul" stadionunun deyil, digər yerlərin də ayrılmasını tələb edirik. Bakı Şəhər İcra Hakimiyyətinin bununla bağlı cavabını gözləyirik".

O.Gülalıyev qeyd edib ki, mitinqlərin keçirilməsi həmişə gündəmdədir: "Hazırda da mitinqlə bağlı müzakirələr gedir. Hesab edirik ki, mitinqlərdə geniş xalq kütlələri iştirak etməlidir. Ölkədəki ictimai-siyasi vəziyyətə uyğun olaraq mitinqlər keçiriləcək".



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";