22:13, 04 Avqust 2016 (Cümə axşamı) 133

​Siyəzəndə "VAZ", Beyləqanda "Mercedes" yanıb

​Siyəzəndə
/ ÖLKƏ

Bakı. 4 avqust. / Siyəzən şəhərində yanğın hadisəsi baş verib. 

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, şəhərdə vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir avtomobil isə Beyləqan rayonunda yanıb. FHN-in yaydığı məlumata görə, rayonda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.