10:39, 11 Yanvar 2017 (Çərşənbə) 167

Mübariz Mənsimov 35 tanker aldı

Mübariz Mənsimov 35 tanker aldı
 
"Palmali” Şirkətlər Qrupu ikinci əl tankerlər alıb. 

365.az xəbər verir ki, azərbaycanlı biznesmen Mübariz Mənsimovun şirkətlər qrupuna daxil olan "Palmali Dənizçilik” Avropa banklardan 35 ədəd tankeri satın alıb. 

Mübariz Mənsimov məlumatı təsdiqləyib. Lakin şirkət rəhbəri tankerlərin qiymətlərini açıqlamayıb. Azərbaycanlı iş adamı bildirib ki, qiymətlərin gizli saxlanılması ilə bağlı qarşı tərəflə anlaşma var.

Yaş ortalaması 5 olan tankerlər 8, 12 və 16 min DWT yük daşıma gücünə sahibdi. Onlardan 2-si bu ayın sonuna qədər, 10-u fevralda, qalanı isə may ayında şirkətə təslim ediləcək.

365.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";