17:06, 11 Yanvar 2017 (Çərşənbə) 113

"Nar" yeni "3-ü 1-də aylıq" tarif paketini təqdim edib

Bakı. 11 yanvar. / Azərbaycanın üçüncü rabitə operatoru olan “Nar” yeni “3-ü 1-də aylıq” tarif paketini təqdim edib. 

Şirkətdən “Report”a verilən məlumata görə, bu tarifə qoşulan istifadəçilər həmin andan etibarən, ölkədaxili bütün istiqamətlərə 300 dəqiqə, 300 SMS və 900 MB internet trafiki əldə edirlər. Tarifə qoşulan abunəçinin balansından 9 manat çıxılır və təqdim olunan dəqiqə, SMS və internet trafiki bitdikdən sonra, 1 ölkədaxili zəngin dəqiqəsi 5 qəpik, 1 ölkədaxili SMS 3 qəpik, 1 MB internet trafiki isə 5 qəpik təşkil edir.

“3-ü 1-də aylıq” tarifinə qoşulmaq üçün “3in1” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək və ya *777#61#YES şifrəsini yığmaq lazımdır.

Qeyd edək ki, yeni tarif çərçivəsində təqdim olunan dəqiqə, SMS və internet trafikinin istifadə müddəti 30 gündür. Bu müddət bitdikdən sonra balansda kifayət qədər məbləğ olduğu halda, bonuslar avtomatik olaraq yenilənir. Balansda kifayət qədər məbləğ olmadıqda tarif avtomatik olaraq yenilənmir və xidmətlər üçün 1 ölkədaxili zəngin dəqiqəsi 6 qəpik, 1 ölkədaxili SMS 3 qəpik, 1 MB internet trafiki isə 29 qəpik təşkil edir.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";