10:09, 28 Aprel 2017 (Cümə) 123

Naxçıvanda 40349 şagird tibbi müayinədən keçirilib

Naxçıvanda 40349 şagird tibbi müayinədən keçirilib
/ ÖLKƏ

Bakı. 28 aprel. / Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərinin şagirdləri arasında yaz mövsümü ilə əlaqədar aparılan profilaktik müayinələr başa çatıb.

Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ümumilikdə 40 min 349 şagird tibbi müayinəyə cəlb olunub.

Nazirlikdən bildirilib ki, müayinələri aparmaq üçün ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib.

Müayinələrin sonunda 1769 nəfər dispanser qeydiyyatına götürülüb. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";