12:35, 12 Yanvar 2017 (Cümə axşamı) 108

Nazirlik: Cari hesaba keçən sahibkarlar cərimələnəcək

Nazirlik: Cari hesaba keçən sahibkarlar cərimələnəcək

Bakı. 12 yanvar. / Azərbaycanda vergidən yayınmaq məqsədi ilə sahibkar hesabından cari hesaba keçənlər cərimələnəcək. "Report" xəbər verir ki, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktoru Samirə Musayeva deyib.

S.Musayevanın sözlərinə görə, bunun texniki tərəfləri ilə bağlı kommersiya bankları ilə danışıqlar aparılır. 

Nazirlik rəsmisi deyib ki, yeni qaydalara görə, ödəmə mənbəyindən ancaq sadələşdirilmiş vergi tutulacaq: "Vergi ödəyicisinin hansı kateqoriyaya aid olmasından asılı olmayaraq, ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulacaq".



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";