16:28, 11 Yanvar 2017 (Çərşənbə) 71

“NBC Bank”ın problemli kreditləri 69% artıb

“NBC Bank”ın problemli kreditləri 69% artıb

Bakı. 11 yanvar. / “NBC Bank” ASC-nin vaxtı keçmiş kreditləri 2016-cı ilin yekununda 13,354 mln. manat təşkil edib. “Report” Banka istinadən xəbər verir ki, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 68,7% çoxdur.

Hesabat ili ərzində “NBC Bank”ın problemli kreditlərinin ümumi kredit portfelində payı isə 6,4%-dən 9,9%-ə yüksəlib. Bu nisbət iqtisadiyyatın sahələri üzrə aşağıdakı kimi dəyişib:

İqtisadiyyatın sahələri Problemli kreditlərin ümumi kredit portfelində payı
2016-cı il 2015-ci il
1 İctimai təşkilatlar, mərkəzi və bələdiyyə idarəetmə orqanları    100,0% 100,0%
2 Fiziki şəxslər 18,8% 12,6%
3 Ticarət və xidmət sahəsi 5,6% 1,2%
4 Sənaye sahəsi 2,3% 1,4%
Orta hesabla 9,9% 6,4%

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 000 205 manatdır. Bankın səhmlərinin 65,91%-i onun daxil olduğu "Nurgun Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, yenə də 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.