12:46, 12 Yanvar 2017 (Cümə axşamı) 38

"Neftçi"dən yeni rəsmi müqavilə

/ İDMAN
Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib. 

Sport7.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı "İnter"indən ayrılan Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışovla 1,5 illik müqavilə bağlanılıb. 

"Neftçi”nin yetirməsi olan 29 yaşlı müdafiəçi 2012-ci ilədək "ağ-qara” formanı geyinib. Bundan sonra "Xəzər Lənkəran”, "Rubin” (Rusiya) və "Qəbələ” klublarında da çıxış etmiş Ruslan Abışov 2009-cu ildən millinin şərəfini qoruyur.

Xatırladaq ki, hadisələrin bu ssenariylə cərayan edəcəyini bu gün səhər oxucularımıza bildirmişdik.

Sport7.az