14:55, 12 Yanvar 2017 (Cümə axşamı) 102

Nigeriyada neft şirkətlərində ixtisarlara qarşı tətil başlanıb

Nigeriyada neft şirkətlərində ixtisarlara qarşı tətil başlanıb

Bakı. 12 yanvar. / Nigeriyanın Mavi yaxalıqlı Neft Birliyi “Chevron” və “ExxonMobil”in yerli şirkətləri daxil olmaqla, neft şirkətlərində ixtisarlara qarşı üçgünlük xəbərdarlıq tətilinə başlayıb.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Neft-Qaz İşçilərinin Milli Birliyinin mətbuat katibi Adamson Mamoh bildirib.

Tətilin məqsədi benzin stansiyaları, yanacaq depoları və yükləmə bölümlərində işlərin ölkə səviyyəsində dayandırılmasıdır.

O deyib ki, hökumət birlik rəhbərləri və neft şirkətləri arasında danşıqlara vasitəçilik edir.

Abuca və Laqosda yalnız bir neçə yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. 

“ExxonMobil” və “Chevron” şirkətlərindən tətillə bağlı hər hansı şərh almaq mümkün olmayıb.