15:38, 11 Yanvar 2017 (Çərşənbə) 117

Norveç dünyada analoq radioyayımı dayandırmağa başlayan ilk ölkə olub

Norveç dünyada analoq radioyayımı dayandırmağa başlayan ilk ölkə olub
/ DÜNYA

Bakı. 11 yanvar. / Norveç analoq radioyayımdan tamamilə imtina edən ilk ölkədir.

"Report" BBC-yə istinadən xəbər verir ki, cəmiyyətdə təzadlı reaksiyaya baxmayaraq, ölkə hakimiyyəti bu gün daha əvvəldən elan edilmiş FM-yayımın dayandırılması prosesinə başlayıb.

Bütün ümummilli radiostansiyalar ilin sonuna qədər analoq yayımdan imtina edəcək, yerli yayım şirkətlərinə isə bunun üçün 5 il vaxt veriləcək.

Dinləyicilərin analoq siqnal əvəzinə rəqəmsal siqnala keçəcəyi gözlənilir. Bu, dinləyiciləri daha keyfiyyətli səslə təmin edir və siqnalın ən yaxşı şəkildə ötürülməsini imkan yaradır. Ümumiyyətlə, Norveçdə rəqəmsal radiodalğa analoq siqnalla yanaşı, hələ ötən əsrin 90-cı illərinin ortalarından mövcuddur.

Statistikaya görə, hazırda ölkədə yalnız rəqəmsal siqnaldan radiodinləyicilərin təqribən 70%-i istifadə edir. Bununla yanaşı, ölkədə FM yayımın tam dayandırılması ilə digər 30% dinləyicinin hüququnun pozulacağından narahatdırlar. Tənqidçilər daha çox təqaüdçülərə və sürücülərə görə narahatdırlar.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";