15:44, 21 Aprel 2017 (Cümə) 71

“Para” BOKT: 6 mln. manatlıq öhdəliyimizi istiqraza çevirmişik

“Para” BOKT: 6 mln. manatlıq öhdəliyimizi istiqraza çevirmişik

Bakı. 21 aprel. / Lisenziyası ləğv edilmiş “Parabank” ASC-nin törəməsi - “Para” ASC bank olmayan kredit təşkilatı (BOKT) 6 mln. manatlıq öhdəliyini istiqraza çevirib.

Bu barədə “Report”a açıqlamasında BOKT-un İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov məlumat verib.

Onun sözlərinə görə, bu addım kreditorların razılığı ilə atılıb: “Həmin şəxslər “Para”nın gələcək fəaliyyətində iştirak etmək istədilər və biz onlar qarşısında öhdəliklərimizi valyuta növündən asılı olaraq manat və dollar istiqrazlarına çevirmişik. Qalan kreditorlar qarşısında isə bütün öhdəliklərimizi yerinə yetirmişik”.

R.Hüseynov qeyd edib ki, hazırda təmsil etdiyi maliyyə qurumu kreditləşməni bərpa etməyə hazırlıq görür. İşlər nəzərdə tutulan qaydada getsə, təxminən 1 aydan sonra BOKT müştərilərinə kredit verə biləcək. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";