13:27, 21 Aprel 2017 (Cümə) 61

Parisdəki atışmada iştirak etməkdə şübhəli bilinən şəxs polisə könüllü təslim olub

Parisdəki atışmada iştirak etməkdə şübhəli bilinən şəxs polisə könüllü təslim olub
/ DÜNYA

Bakı. 21 aprel. / Fransa paytaxtı Parisin mərkəzində baş verən atışmada iştirak etməkdə şübhəli bilinən ikinci şəxs Belçikanın Antverpen şəhər Polis İdarəsinə gedərək könüllü təslim olub.

“Report” BBC-yə istinadən xəbər verir ki, Fransanın Daxili İşlər Nazirliyi onun Belçika hökumətinin sorğusu ilə axtarıldığını bildirib.

Şübhəlinin Parisin Yelisey çölü küçəsində polisə hücumada iştirakını etiraf edib-etməməsi haqda məlumat verilməyib.

Belçikanın baş prokuroru bildirib ki, şübhəlinin kimliyi, vətəndaşlığı hələ müəyyənləşdirilməyib: “Polisə hücum edən kişinin, Əbu Yusifin həqiqətən də Belçika vətəndaşı olmasını ehtimal etməyə əsas yoxdur”.

Qeyd edək ki, aprelin 20-dəı Parisdə Yelisey çölündə bir nəfər silahlının polis patruluna hücumu nəticəsində iki polis ölüb, ikisi yaralanıb. Atışma zamanı terrorçu zərərsizləşdirilib. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";