12:14, 17 Aprel 2017 (Bazar ertəsi) 135

“PAŞA Həyat Sığorta” bu il yığımlarını 30%-dən çox artıracaq

“PAŞA Həyat Sığorta” bu il yığımlarını 30%-dən çox artıracaq

Bakı. 17 aprel. / “PAŞA Həyat Sığorta” şirkəti 2017-ci ildə toplayacağı sığorta haqlarının məbləği ilə bağlı proqnozunu açıqlayıb.

“Report”un məlumatına görə, bu barədə şirkətin İdarə Heyətinin sədri Niyaz İsmayılov məlumat verib.

Onun sözlərinə görə, bu il rəhbərlik etdiyi şirkət 102 mln. manat sığorta haqqı toplamağı planlaşdırır. “PAŞA Həyat Sığorta”nın 2016-cı ildə daxilolmalarının 77,7 mln. manat olduğunu nəzərə alsaq, şirkət bu il yığımlarını təxminən 31% artıracaq.

“Əvvəlki illərdə olduğu kimi ümid edirik ki, səmərəli və məqsədyönlü fəaliyyət nəticəsində ilin sonuna olan proqnozlar tam yerinə yetiriləcək”, - deyə N.İsmayılov qeyd edib.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";