14:24, 27 Aprel 2017 (Cümə axşamı) 54

Polşa şirkəti "Qazprom"dan şikayət edib

Polşa şirkəti

Bakı. 27 aprel. / Polşanın PGNIG neft-qaz şirkəti Avropa Şurasının antiinhisar hüquqlarını pozduğu üçün Rusiyanın "Qazprom" şirkətindən Avropa Komissiyasına şikayət edib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Qazprom"un 2016-cı ilin hesabatında bildirilib.

"Qazprom" və onun törəməsi - "Qazprom Export" şirkəti haqqında Avropa Şurasında fəaliyyət göstərmək barədə Anlaşmanın 102-ci maddəsi əsasında şikayət 2017-ci il mart ayının 14-də təqdim olunub. Öz müraciətində Polşa şirkəti bildirib ki, "Qazprom" PGNIG-ə qarşı ədalətsiz qiymət siyasəti yürütməklə antiinhisar qaydalarını pozub. Şikayət əsasında Avropa Komissiyası müvafiq işi qeydiyyata alıb.

"Qazprom"dan öz növbəsində bildirilib ki, "işin qaldırılması araşdırma başlanılması mənasını daşımır və şirkətimizin günahkar olduğunu göstərmir. Hazırkı mərhələdə prosesin "Qazprom"a potensial mənfi təsirini və maliyyə vəziyyətinə təsirini ölçmək mümkün deyil".



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";