20:03, 11 Yanvar 2017 (Çərşənbə) 564

Prezident və xanımının eşq hekayəsi: "...rahatlıqla yatağa gedirəm" - TARİXİ FOTOLAR

Prezident və xanımının eşq hekayəsi: "...rahatlıqla yatağa gedirəm" -   TARİXİ FOTOLAR
/ LİFE
Yanvarın 20-də təkcə amerikalıların deyil, çoxlarının heyranlıq duyduğu Barak Obama prezidentlik vəzifəsi ilə vidalaşacaq.

Publika.az bu münasibətlə oxucuları xanım Mişel Obama ilə çoxlarının qəlbində taxt quran prezidentin xoşbəxt nikahının sirləri ilə tanış edərək, cütlüyün tarixə düşən fotolarını yada salıb.

Hər kəs kimi onların da tanışlıq hekayəsi var...

Cütlüyün ilk qarşılaşması Mişelin Çikaqodakı hüquq firmasında çalışdığı dönəmə təsadüf edir. 1989-cu ildə Harvard universitetinin hüquq fakultəsindən yay təcrübəsinə göndərilən Barak Obamanın da dediyi kimi, onların hekayəsi məhz bu zamandan başlayır. 3 il birlikdə olan cütlük 1992-ci ildə evlənməyə qərar verir. Yeri gəlmişkən, "Sautsayt səninlədir" filmi ABŞ prezidentinin həyat yoldaşı ilə tanışlıq hekayəsinə həsr olunub.

Və o vaxtdan bəri cütlük ictimaiyyətin gözü önündə fərəhli münasibətlərini rahat və təmkinli şəkildə sərgiləməkdən çəkinmir. Mişel Obama ehmalca prezidentin qalstukunu kökləyir. Barak isə Mişelə soyuq olmasın deyə əynindəki pencəyi çıxararaq onu həyat yoldaşının çiyinlərinə atır. Onlar çox rahatlıqla ictimaiyyətin qarşısında əl-ələ tutur, hətta ehtirasla öpüşürlər. Yaxud da birinci ledi Ağ evdə divanda tək oturub televizorda həyat yoldaşının nitqini dinləyir. Başqa bir kadrda isə cütlük çox romantik şəkildə rəqs edir. Və bunların hər biri fotoqrafların kameralarına anbaan əks olunur.

Barak və Mişelin sevgili olduğu vaxtlar, Keniya, 1992-ci il


Onların toy fotosu, 1992-ci ilin oktyabrı


Barak və Mişel Obama Çikaqoda öz evində, dekabrın 8-i 2004-cü il.


Xoşbəxt ailə tablosu... Barak Obama 2004-cü ildə Çikakoqdakı çıxışından sonra, 2 noyabr, 2004-cü il


Barak Obama və Mişel Obama Nyu-Yorkda Hammerstein Teatrında səhnə arxasında Bryus Sprinqstin və Billi Joelin konsertinə qulaq asır. 17 may, 2008-ci il.


Barak Obama və Mişel Obama Uilyams Bris Stadionunda 9 may, 2008-ci il.


Barak Obama Demokratik Milli Konvensiyada nitq söylədikdən sonra Mişel Obamanı qucaqlayır, 28 may, 2008-ci il.


Barak Obama və Mişel Obamanın Vaşinqtonda İnauqurasiya mərasimində liftdə çəkilmiş özəl fotosu, 2009-cu il.


Barak Obama Vaşinqton Konqres Mərkəzində Andiçmə Mərasimində iştirak etməyə hazırlaşır, 2009-cu il.


Barak və Mişel Obama iqamətgahın liftində, Sinko de Mayo bayramına hazırlaşır, 4 may, 2009-cu il.


Barak və Mişel Obamalar Milli Qəzet Naşirləri Assosiasiyasının qəbuluna hazırlaşan zaman Ağ Evin Qırmızı Salonunda, 20 mart 2009-cu il.


Barak Obama və Mişel Obama üçün qəbuldan əvvəl Diplomatik Otaqda sakit an, 17 mart, 2009-cu il.


Bu foto bir daha sübut edir ki, Barak Obama və Mişel Obama bir an belə ayrılmır. Panama çimərliyi, Endryus Buxtasında tur zamanı, 15 may, 2010-cu il.


Barak Obama və Mişel Obama Qubernator Balı zamanı Ağ Evin Şərq Zalında rəqs edir, 21 mart, 2010-cu il.


Barak Obama və Mişel Obama Ağ Evin damından Milli Ticarət Mərkəzi üzərindəki atəşfəşanlığı izləyir, 4 iyul, 2010-cu il.


Daha bir tarixi foto... Bu şəkil 2012-ci ilin 16 iyulunda Olimpiya oyunları zamanı çəkilib. Bütün diqqətlər basketbol oyunundan çox, prezidentlə xanımın ehtiraslı öpüşünə yönəlmişdi.


Mişel Obama Con Kennedi Beynəlxalq Hava Limanında Barak Obamanın gəlişindən sonra salamlaşma mərasiminin başlamasını gözləyir, 14 iyun, 2012-ci il.


Barak Obama və Mişel Obama Ağ Evin pilləkənlərindən enərək Milad bayramını qeyd etməyə hazırlaşır, 12 dekabr, 2012-ci il.


Barak və Mişel Obama Vaşinqtonda təntənəli paradda, 21 yanvar, 2013-cü il.


Vaşinqtonda rəsmi inauqurasiya zamanı Barak Obama və Mişel Obama rəqs edir, 21 yanvar, 2013-cü il.


Mişel Obama yerini rahatlayıb, prezident Barak Obamanın Vaşinqtonda Konqresin Sərbəst Toplaşmaq Fondunun 44-cü Qanunvericilik Konfransındakı çıxışını dinləyir, 27 may, 2014-cü il.


Mişel Obama Barak Obamanın qalstukunu kökləyir, onlar Çin Prezidenti XI Cinpin və Madam Pen Liyuan şərəfinə Ağ Evdə verdiyi ziyafətdə qonaqlarını salamlamağa hazırlaşır, 25 sentyabr, 2015-ci il.


Prezident və birinci xanım əl-ələ tutub Konqresmenin çıxışına qulaq asırlar, 7 mart, 2015-ci il.


Birinci xanım Ağ Evin Diplomatik Qəbul Otağında prezidentə sıxılıb ona nə isə demək istəyir, 27 mart, 2015-ci il.


Prezidentlə xanımının Ağ Evdə uşaqlar üçün təşkil etdiyi Halloven bayramı, 30 oktyabr, 2015-ci il.


Barak Obama və Mişel Obama Kuba küçələrində, 20 Mart, 2016-cı il.


Barak Obama və Mişel Obamanın bu fotosu Vaşinqtonda Ağ Evin Şərq Zalında Afrika Amerika Tarixi bayram ziyafəti zamanı tamaşaçılar tərəfindən çəkilib, 18 fevral, 2016-cı il.


Mişel və Barak Obama Vaşinqtonda Ağ evin qarşısında Şimali Avropa Liderlər Sammiti qonaqların gəlişini gözləyirlər, 13 may, 2016-cı il.


Mişel Obamanın xoşbəxt nikahın sirlərini bir daha xatırlamışıq. Axı birinci ledinin hikmətli sözləri qızıldan da qiymətlidir!

Mən - ən sadə həyat yoldaşıyam. Nikahımızı qorumaq üçün dəfələrlə güzəştə getməli oldum. Amma, gəlin, səmimi olaq, hansı qadın ailədə güzəştə getmir ki?

Biz şam süfrəsi arxasında heç vaxt siyasəti müzakirə etmirik. Ərimin dünyanı dəyişə bilməsi vacibdir, amma mənim üçün uşaqlarımın axşam siyasətçi ilə deyil, ataları ilə ünsiyyətdə olması daha vacibdir. Evdə iş barədə danışmaq qadağandır.

İstirahətə ehtiyac duyanda, dincəlmək istədiyinizi hiss edəndə isti vanna qəbul edin və bir parça acı şokolad yeyin.

Özümü hər şəraiti olan həbsxanadakı kimi hiss edirəm. Bu qədər böyük imkanlara baxmayaraq, məhdudiyyətlərim daha çoxdur.

Gülüş - bizim nikahımızın sementidir. Ötən illər ərzində biz bir-birimizlə zarafat etmək qabiliyyətini itirmədik.

Fitnesə nifrət edirəm. Məni idmanla məşğul olmağa məcbur edən yalnız və yalnız qəzet və jurnallardakı şəkillərimdir. Amma etiraf etməliyəm ki, idmandan zövq almağa başladığım anlar da olur.

Qızlarım yeniyetmədirlər. Bütün valideynlər həmin yaş dövrünün çətinliklərini yaxşı bilir. Bu mərhələdə valideyn öz övladında ancaq neqativləri görsə, onda çox çətin xarakterli övlad sahibi olacağına şübhə yoxdur. Ona görə də, qorxutmaq əvəzinə, onlara perspektivli olmağı göstərin və irəli getməyə kömək edin.

İnsanlar haqqında zahiri görkəmi və ya bank hesabına görə mühakimə yürütmək olmaz. Birincisi, yəni insanın zahirən gözəl olması müsbət hal olsa da, müvəqqətidir.

İdman tərbiyənin mühüm bir hissəsi olmalıdır. O, özünə inamı artırır, mübarizə aparmağı, yıxılandan sonra qalxmağı öyrədir. Qızlara idmanla məşğul olmağa icazə verin. İnanın ki, onlardan çox inamlı gənc qadınlar yetişəcək.

Yatağa küsülü girməmək möhkəm nikahın mühüm qaydalarından biridir. Hərçənd, Barak evə gec gələndə mən rahatlıqla yatağa gedirəm. Amma biz bir-birimizlə çox küsülü qalmamağa çalışırıq. Bəzən mənə də hər bir qadın kimi elə gəlir ki, ərim məni daha sevmir. Bunu hiss edəndə ona bu barədə deyirəm və hər dəfə o məni fikrimdən daşındırır.

Özünüzü içində rahat hiss etdiyiniz paltarlar geyinin. Onda digərlərinin də xoşuna gəlməyə başlayacaqsınız. Yadınızda saxlayın ki, hamıya xoş gəlmək mümkün deyil.

Stresslə mübarizə apara bilmirəm. Hər xırdalığı özümə dərd edirəm. Barak isə, hətta ən mürəkkəb vəziyyətlərdə də sakitliyini qoruyub saxlayır. Ümumiyyətlə, Barak əmin olduğuna başqalarını da inandıra bilir.

Nikah - hətta həyatdakı digər yarınızı tapdığınıza əmin olsanız da, çətindir. Odur ki, qarşılaşdığınız problemləri birgə keçəcəyiniz böyük yolun kiçik bir mərhələsi kimi qiymətləndirin.

Qadının gözəlliyi belinin incəliyi, sinə və bud ölçüləri ilə ifadə olunmur. Gözəl olmaq üçün sadəcə özünü sevməlisən. Bir də sağlam qidalanmalı və çoxlu hərəkət etməlisən.

Mən də hərdən ağılsız hərəkətlər etmək istəyirəm. Amma artıq iyirmi yaşım yoxdur və tullana bilmərəm. Ona görə də mən sadəcə kəkil kəsdirdim.

İntellektual səviyyəsi sizdən aşağı olan bir kişi ilə siz heç vaxt uğur əldə edə bilməyəcəksiniz və yerinizdə sayacaqsınız. Sizin yaşınızda olanda təhsildən daha çox gözəlliyimlə, kimin məni bəyənməsi ilə maraqlansaydım, indi ABŞ prezidenti ilə evlənməzdim.
Qadınları daha güclü görmək istəyirəm. Sizdən xahiş edirəm ki, kişilərdən heç vaxt qorxmayın!

Həyat yoldaşına hədiyyə seçmək, prezident olmaqdan daha çətin imiş...

ABŞ prezidenti Barak Obama müsahibələrində tez-tez həyat yoldaşı Mişel üçün milad hədiyyəsinin seçiminin çətinliklərindən şikayətlənir. Dövlət başçısının sözlərinə görə, ölkənin birinci xanımı üçün bayram hədiyyəsi almaq onun üçün çox çətindir. Obama etiraf edir ki, Mişel çox dəbli və yaxşı görünür. Bu səbəbdən də ona geyim alanda həyəcanlanır. Prezident bildirib ki, Mişel hədiyyə üçün ona həmişə təşəkkür edir, lakin aldığı paltarı heç vaxt geyinmir. B.Obama həmçinin qeyd edib ki, qızlara hədiyyələr almaq onun üçün daha asandır.

365.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";