08:45, 07 Yanvar 2017 (Şənbə) 1211

Putinin cazibədar "bacısı" internetdə tufan qoparır - FOTOLAR

Putinin cazibədar
/ LİFE
 
Gənc italyan xanım Adelina Putina familiyasının hesabına siyasətə soxulmağa cəhd edir. "Putinin seksual əmisiqızısı” ləqəbi almış Adelina, İtaliyanın Veneto vilayətinin şurasına düşmək istəyir.

Qız seçkiqabağı kampaniyasında öz qeyri-adi soyadından necə lazımdır istifadə edir. Adelinanı seçdiyi şüarı belədir: "Əgər siz Putinaya səs vermək istəyirsizsə, indi bunu edə bilərsiz!”.

myBaku.az qazeta-ya istinadən bildirir ki, Adelina soyadının Putina olmasına aydınlıq gətirərkən Rusiya prezidentinin uzaq qohumu olduğunu deyib. "Biz uzaq qohumuq. Mən həmişə öz soyadımı sevmişəm, amma Vladimirin dünya arenasına gəlməsindən sonra daha da çox sevdim. Doğmalarım və mən onunla ümumi cəhətlərimizi tapmışıq. Həmçinin Vladimir Putin kimi mən də silahları və qayaya dırmaşma idman növünü sevirəm” – deyə, Putina italyan jurnalistlərinə açıqlamasında bildirib.

İtaliya KİV isə yazır ki, "Putinin seksual əmiqızısı” ilə Rusiya prezidenti arasında heç bir bağlılıq yoxdur. Qızın soyadı İtalyan dilindən tərcümədə "uşaq, körpə” mənasını verir.

365.az