15:24, 21 Aprel 2017 (Cümə) 111

"Qalatasaray"dan "Beşiktaş"ı qıcıqlandıran mesaj

/ İDMAN
Avroliqada "Lion"a penaltilər seriyasında məğlub olan "Beşiktaş" böyük üzüntü yaşadı. 

"Qara-ağ" düşərgədə hüzn hakim olduğu bir vaxtda, "Qalatasaray"dan əzəli rəqibini qıcıqlandıracaq bir paylaşım gəlib. Belə ki, 2000-ci ildə UEFA kubokunu qazanaraq tarixi uğur əldə edən "aslanlar" "Beşiktaşa" mesaj göndərdi. 

Sosial şəbəkədəki səhifəsində həmin UEFA kubokunun şəklini yerləşdirərərək aşağısından "Günaydın "Qalatasaray" ailəsi!" #TarixBirKərəYazıldı# sözlərini yazıblar. 

Sport7.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";