14:38, 27 Aprel 2017 (Cümə axşamı) 95

"Qarabağ" ilk transferini reallaşdırdı

/ İDMAN
"Qarabağ" mövsüm başa çatmamış ilk transferini reallaşdırıb.

Sport7.az
 xəbər verir ki, Ağdam klubu Təmkin Xəlilzadəni heyətinə qatıb.

Artıq tərəflər arasında anlaşma əldə olunub. "Qarabağ" yeni transferini mövsüm başa çatandan sonra rəsmən elan edəcək.

Təmkin Xəlilzadə 2013/14 mövsümündə "Qarabağ"ın əsas heyətində çıxış edib. Həmin vaxt o, 4 Premyer Liqa oyununa çıxaraq 227 dəqiqə oynayıb. 2014/15 mövsümünü AZAL-da keçirən (25 oyun) 23 yaşlı yarımmüdafiəçi 2015/16 mövsümündən "Zirə"nin formasını geyinir. Bu müddətdə o, 59 oyuna çıxıb. O, cari mövsümdə 1 qol vurub.

Qeyd edək ki, "Qarabağ"ın "İnter"dən Azər Salahlını da transfer edəcəyi deyilir. (Azerifootball.com)

Sport7.az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";