15:31, 21 Aprel 2017 (Cümə) 77

“Qəbələ” - “İnter” görüşünün tarixi dəyişdirildi

“Qəbələ” - “İnter” görüşünün tarixi dəyişdirildi
/ İDMAN
Topaz Premyer Liqasının XXVII turunun "Qəbələ” – "İnter” görüşünün tarixi dəyişdirilib.

Sport7.az
xəbər verir ki, Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 23 apreldə deyil, 24 apreldə keçirilməsinə qərar verib.

Görüşün start fiti 24 aprel saat 14:30-da veriləcək və qarşılaşma "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bildiyiniz kimi, "Qəbələ” və "İnter” klubları mükafatçılar sırasındadırlar. Bu görüşün nəticəsindən asılı olaraq, komandalara medallar təqdim oluna bilər.

Topaz Premyer Liqasının 2016/2017-ci illər mövsümünün qalibi olan "Qarabağ” klubuna da çempionluq və qızıl medallar XXVII turda veriləcək. Belə ki, "Qarabağ” mükafatlarına doğma meydanı olan "Azersun Arena”da keçiriləcək "Sumqayıt”la görüşdən sonra qovuşacaq.

Sport7.az




document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";