16:34, 21 Aprel 2017 (Cümə) 105

"Qəbələ" məğlubiyyətlə başladı - VİDEO

/ İDMAN
Gürcüstanın paytaxtı Tiflisdə Vitali Dareseliyanın xatirəsinə həsr olunan turnirdə iştirak edən "Qəbələ"nin U-16 komandası ilk görüşünü keçirib. 

Bölgə təmsilçisi A qrupunda İtaliya "İnter”i ilə gücünü sınayıb. Matç italyanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın yeganə qolunu Məhəmməd Məhərrəmov vurub.

Şəhruz Mustafayevin yetirmələri ikinci oyunda meydan sahibi Tiflis "Dinamo"su ilə qarşılaşacaq. Matç bu gün, saat 16:00-da keçiriləcək. "Qəbələ" qrupdakı digər rəqibi Belçika "Gent"i olacaq. Bu oyun isə sabah - aprelin 22-də baş tutacaq.

Sport7.az həmin oyundan videoicmalı təqdim edir:



Sport7.az

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";