12:52, 21 Aprel 2017 (Cümə) 31

“Qəbələ”nin milyonluq Romanı

“Qəbələ”nin milyonluq Romanı
/ İDMAN
Latviya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Sport7.az
xəbər verir ki, yeni çalışdırıcı bizə də tanış simadır. Bir vaxtlar Hafiz Məmmədov tərəfindən böyük ümidlərlə Azərbaycana dəvət edilən, "Bakı”nın baş məşqçisi postunu tutan Aleksandr Starkov yenidən ölkəsinin əsas komandasını çalışdıracaq.

Maraqlıdır ki, yeni təyinatdan sonra "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun adı da Latviya mətbuatının gündəminə düşüb. Yerli federasiyanın baş katibi Qriqorçukla danışıqlar apardıqlarını etiraf edib. Amma danışıqları uğurla sonlandırmaq məhz "Qəbələ”nin çalışdırıcıya yüksək məbləğdə maaş verməsi səbəbindən mümkün olmayıb.

Hər halda Latviya Futbol Federasiyasının baş katibi Yanis Majetskisin sözlərindən belə anlaşılır: "Qriqorçukla maaş məsələsində heç bir danışığımız olmadı. Ancaq qeyri-rəsmi mənbələrdən eşitdim ki, o, ildə bir milyon dollar civarında gəlir əldə edir. Biz baş məşqçiyə 1 milyon dollar verə bilmərik. Starkova 10 dəfə az məbləğdə maaş verəcəyik”. 

Sport7.az




document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";