11:46, 12 İyul 2016 (Çərşənbə axşamı) 457

"Firefox" istifadəçilərinin diqqətinə - YENİ VİRUS

/ TEXNO
 

İnformasiya təhlükəsizliyi ilə məşğul olan "Barkly Protects" şirkəti özünü "Firefox" brauzerinin yenilənməsi kimi qələmə verən yeni virus aşkarlayıb.

365.Az-ın "Technote"yə istinadla verdiyi xəbərə görə, istifadəçilər kənar saytlardan "Firefox" brauzerinin yenilənməsi haqqında bildirişə daxil olaraq öz cihazlarına virusun yayılmasına imkan yaradırlar. Yenilənmədən sonra trojan virusları kompüterə yayılır. Həmin viruslar isə öz növbəsində sistemin və bir çox tətbiqlərin işində problemlər yaradır. 

Onlar kompüteri deaktiv edir və istifadəçidən müəyyən vəsaiti əldə edəndən sonra kompüteri yenidən aktivləşdirirlər.

Sözügedən virusun təhlükəsi ondan ibarətdir ki, virus leqal sertifikat xarakteri daşıyır. Bir çox antiviruslar bu baxımdan təhlükənin qarşısını ala bilmirlər. Lakin "Barkly Protects"in bildirdiyinə görə, antivirus şirkətləri artıq məsələ ilə bağlı tədbir görməyə başlayıblar. Antiviruslar üçün olacaq yenilənmələrdə sözügedən virus təhlükəsizlik bölməsinə daxil ediləcək.

365.Az