15:52, 09 Yanvar 2017 (Bazar ertəsi) 390

"İlk ərim məndən 16, indiki ərim isə 18 yaş böyükdür" - Azərbaycanlı müğənni

"İlk ərim məndən 16, indiki ərim isə 18 yaş böyükdür" -   Azərbaycanlı müğənni
/ LİFE
Müğənni İlhamə Qasımova "ATV maqazin onlarla" proqramının "Gəlmələr" rubrikasının qonağı olub. Sənətçi şəxsi həyatından danışıb: 

"Mənə deyir ki, "Yeni ulduz" müsabiqəsindən mənim fanatım olub. Mənim üçün gözəllik önəmli deyil, əsas ağıldır. Yeni tanış olanda onun yanında özümü çox kiçik hiss etdim, çünki onun qədər məlumatlı deyildim. Məni cəlb edən əsas ağıllı olması idi. Bəzən məndən inciyir, amma səbəbini tapa bilmirəm. Deyirəm ki, mənə xəbər elə, bilim niyə incimisən. Amma mən heç vaxt ona naz etmirəm.

Yoldaşım məndən 18 yaş böyükdür. Bu mənim alın yazımdır. İlk həyat yoldaşım da 16 yaş böyük idi. Həyat yoldaşım toylarda oxumağımı istəmir. Mən də şərt qoymuşam ki, aylıq toylardan gələcək gəliri mənə versin, toya getməyim. Sonra mənimlə razılaşdı. Mən ailə üçün hər şeydən keçə bilirəmsə, o da nələrisə keçməlidir".

İlhamə ana olması haqda yayılan xəbərlərə isə sərt reaksiya verib: "Mənim övladım yoxdur. Lakin müsabiqədə olan zaman şayiə yayıldı ki, anayam. Bu söhbətlər mənə pis təsir etdi. İllərdir ki, övladım olmasını istəyirəm, amma alınmır. Övladım olduğu haqda şayiə yayanların ailələri də illərlə övlad həsrəti ilə yaşasınlar. Heç vaxt qarğış etməmişəm. Amma övlad elə şeydir ki, onun şayiəsi olmaz. Həyatda elə qadın yoxdur ki, ana olmağı istəməsin".

Sənətçi Almaniya layihəsindən də söz açıb: "Almaniyaya getməyim təsadüf nəticəsində olub. Mən "X-factor"a getmişdim. Alman dilini bilmədiyimə görə 3 mərhələ keçməli oldum. Mənim qabağıma şərt qoydular ki, 15 kilo arıqlamalıyam. Dedim ki, mən ölsəmdə 0 bədən olmayacam. Klip çəkilən zaman mənə dedilər ki, sən "Sexsy lady" olmalısan. İnanın ki, mən xoşbəxtəm ki, həmin ərəfədə çəki almışdım. Yoxsa çimərlik geyimi geyindirəcəklərdi mənə. O qədər ağlayırdım. Evə qayıtmaq istəyirdim. Mən fikirləşirdim ki, atam oturub baxacaq mənə deyəcək "Maşallah". 

365.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";