10:17, 13 İyul 2016 (Çərşənbə) 768

"iPhone 7"-nin ilk görüntüləri yayıldı - FOTOLAR

/ TEXNO
 
"Apple" şirkətinin bu ilin sentyabr ayında satışa çıxartmağı planlaşdırdığı "iPhone 7" smartfonlarının fotoları yayılıb.

365.az xəbər verir ki, fotoları yayan fransız "Nowhereelse" bloqu şəkillərin həqiqiliyinə zəmanət vermədiyini açıqlayıb.

Qeyd edək ki, "Nowhereelse" əvvəllər də Apple şirkətinin bazara çıxartmağa hazırlaşdığı məhsulların şəkillərini yaymış və şəkillərin həqiqiliyi təsdiqini tapmışdı.

Görüntülərdən məlum olur ki, yeni model "iPhone"ların arxa tərəfindəki kamera əvvəlkilərə nisbətən böyükdür.

Həmçinin "iPhone 6s"dən fərqli olaraq  yeni modeldə antena telefonun kənarlarında yerləşəcək.

"Apple" şirkəti görüntülərə münasibət bildirməyib.

365.Az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";