13:40, 06 Mart 2017 (Bazar ertəsi) 144

Ərdoğan haqqında film Avropada qadağan olundu

Ərdoğan haqqında film Avropada qadağan olundu
/ DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın həyatından bəhs edən "Rəis" filminə Avropada qadağa qoyulub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, filmdə Ərdoğanı canlandıran Reha Bəyoğlu filmin bu barədə ona xəbər verildiyini bildirib:

"Filmdə baş rolda olduğum üçün mənə məlumat çatdırılır. Şər tərəfdarları hazırda əsəbiləşiblər. Filmimizlə Avropaya getməyimizə icazə vermirlər. Bir çox Avropa ölkəsi "həyati təhlükəsizliyiniz yoxdur" deyərək filmin nümayişini istəmirlər. Allahın izni ilə bu qadağanı pozacağıq. Prezidentimizi siyasi mənada bir nömrəli etmişik, sənətdə də bir nömrəli edəcəyik".

Qeyd edək ki, Ərdoğanın ad günündə təqdim olunan film Beynəlxalq Film qiymətləndirilməsi saytı olan IMDB-də mümkün 10 bal üzərindən 1,8 bal qiymət alıb.

 

Qaynar.Az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";