10:44, 10 Yanvar 2017 (Çərşənbə axşamı) 273

"Nə yaxşı ki vaxtında getdim televiziyadan" - Qənirə Paşayevadan sərt tənqid

/ ÖLKƏ
 
"Bizim vaxtların ən reytinqli verilişlərini xatırlayıb indiki ən reytinqli verlişlərlə müqayisə edəndə adamın ürəyi sıxılır".

365.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.

Qənirə Paşayeva bildirib ki, xeyli vaxtdı ki televiziyalarımıza baxmır:

"Səbəbi çox nadir halda maraqlı verilişlə rastlaşmağımdır. Bir az əvvəl açdım ki, bəlkə maraqlı bir şey olar. Açan kimi rayonlarımızdan birindən toy mərasimi verilirdi. 2-3 dəqiqə sonra verilişdə belə bir elan çıxdı:"Kim öz xeyir işlərini televiziyada görmək istəyirsə bizimlə əlaqə saxlasın" və bu bir neçə dəfə təkrarlanmağa başladı.Adamlar mikrafona "xoşbəxt olsunlar, sənun üçün olsun" kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və.s. Televizoru söndürüb növbəti dəfə "nə yaxşı ki vaxtında getdin televiziyadan" dedim öz-özümə".

Deputat televiziyada gedən proqramlarla bağlı niyə az münasibət bildirdiyini də söyləyib:

"Bir çox insanlar tez-tez "Qənirə xanım, niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz, axı siz bu sahədən gəlibsiniz" deyirlər. Bilmirlər ki fikrinizi deyəndə, bölüşəndə televizyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, "onu efirə çağırmayın" deyə göstərişlər verirlər. Hətta eləsi var ki, deyir Qənirə xanımın tədbirlərdən bir kadrı da bizim efirdə görsənməsin. Operator yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmir ki, axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki, Qənirə xanım orada görünməsin. Tədbirdə də zülm çəkir kadr çəkə bilmək üçün və sonra mənim köməkçimin yanında rəhbərinin hərəkətindən gileylənərək "vallah, Qənirə xanımın üzünə baxanda utanırıq, amma neyləyək" deyir. Mən də uşaqlara "narahat olmasın, mən onun vəziyyətini anlayıram və xəbərlər xidmətinə o zehniyyətdə adamın rəhbərlik etdiyi televiziyanın xəbərlərində də, verilişlərində də görünməsəm yaxşıdır deyirəm. İnsanlar da deyir gəl bu cür adamlara arada televiziya barədə iradlarını söylə".

365.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";