11:55, 10 Yanvar 2017 (Çərşənbə axşamı) 129

"WhatsApp"da bir gündə 63 milyard mesaj yazıldı

"WhatsApp"da bir gündə 63 milyard mesaj yazıldı

Yeni il gecəsi "WhatsApp"da 63 milyard mesaj yazılaraq rekorda imza atılıb.

365.az-ın Technote-a istinadən məlumatına görə, "WhatsApp" "Facebook" tərəfindən 2014-ün oktyabrında satın alındıqdan sonra böyüməsini davam etdirərək aylıq 1 milyard istifadəçi sayına çatıb. Tətbiq sürətli inkişafı nəticəsində "Facebook"a aid "Messenger"i də çoxdan geridə qoyub.

GSM operatorlarının pulsuz mesajlaşma paketlərinin olmasına baxmayaraq çoxsaylı ağıllı telefon istifadəçisi "WhatsApp" tətbiqini üstün tutur və xususi günlərdə belə təbrik mesajlarının çoxu "WhatsApp" üzərindən göndərilir. Belə ki, Yeni il gecəsi WhatsApp" üzərindən 63 milyard mesaj göndərilib, bu mesajların 7.9 milyardı şəkil, 2.4 milyardı videodan ibarətdir .

Qeyd edək ki, ötən ilin aprelində "WhatsApp" və "Messenger" üzərindən gündəlik 42 milyarda yaxın mesaj göndərilirdi. F8 konfransda Mark Zukerberq çıxışı zamanı hədəflərinin bu iki tətbiqdə günlük 60 milyard mesaj sayına çatmaq olduğunu söyləmişdi. "WhatsApp"ın bir gündə çatdığı mesaj sayı Zukerberqin hədəfinin çox tez reallaşdığını göstərir. Apreldə şifrələmə xususiyyəti əlavə olunan "WhatsApp" noyabrda çoxdan gözlədiyi videozəng xususiyyətinə qovuşub.

365.az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";