12:57, 21 Aprel 2017 (Cümə) 82

"Reynaldo artıq keçmiş səhifədi" - "Qarabağ" rəsmisi

/ İDMAN
Artıq "Qarabağ" çempionluğu rəsmiləşdirib. 

Bu üzdən qarşıdan gələn yeni avrokuboklar mövsümünə hazırlıq planları cızılmalıdı. Yəqin ki, baş məşqçi Qurban Qurbanovun müəyyən fikirləri var. Bu üzdən planlarla bağlı məlumatlar öyrənmək üçün klubun meneceri Asif Əsgərovla əlaqə saxladıq.

Asif bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Çox güman ki, gələn həftə hər şey bəlli olacaq. Həmişə necə olubsa, elə də davam edəcək. Planda həm xaricdən, həm də yerli futbolçu almaq var. Qurban müəllim rəhbərliyə istədiyi futbolçunun adlarını təqdim edəcək. Sonra onların transferlərinə çalışılacaq. Belə deyim, biz kimlərinsə göstərişlərinə uyğun hərəkət emirik. Öz proqramımız var. Azərbaycanı Çempionlar Liqasında təmsil edən klub kimi, ən azı sizin qədər istəyirik ki, uğur qazanaq. Ona görə də bu yolda bütün imkanlarımızı səfərbər edəcəyik. İndi yalandan şablon sözlərdən istifadə etmək istəmirəm. Əməllə göstərməyə çalışacağıq. Təlim-məşq toplanışı və digər planlarla bağlı gələn həftə söhbət edəcəyik. Hamıdan çox ÇL-in qrupunda oynamağı özümüz istəyirik. Bu həm də ilk olacaq. Hər şeyə real baxmaq lazımdı. Digər tərəfdən bunları əməlimizlə göstərməyə çalışacağıq.

Baş məşqçimiz bir sıra futbolçulara baxır. Video vasitəsilə ilə futbolçu seçmirlər. Mövsüm boyu nəzərində saxladığı futbolçular var. Onların hansı ilə danışıqlarımız alınacaq, ya yox, bu haqda məlumat veriləcək. İndi nə desəm hamısı boş şey olacaq. 

Şehiçin bizimlə gələn mövsümün sonuna qədər müqaviləsi var. Bu da yeni deyil, keçən il bağladığımız müqavilədi. Hansı ki, davam edir. Kluba hər hansı təklif gəlməyib. Şehiçlə bağlı məsələni yalnız mətbuat qabardır. Normal futbolçudu, onunla aramızda heç bir problem yoxdu. 

Reynaldonun "Qarabağ"ı təbrik etməsi normal haldı. Təkcə o deyil, burdan gedən futbolçular klubun yaxşı və ya pis durumundan asılı olmayaraq, hər çempionluqda və ya uğur qazananda daim bizimlə əlaqə saxlayır. "Qarabağ" hər zaman onların ürəyindədi, gedəndən sonra klubu silib atmırlar.

Reynaldo da artıq keçmiş səhifədi. Mən bilən o öz klubu ilə ən azı ilyarımlıq müqavilə imzalamışdı. Ona klubunda yalnız uğurlar arzulaya bilərik. Hər gedən futbolçunu geri gətirmək fikrində olmuruq ki".

Sport7.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";