17:26, 20 Aprel 2017 (Cümə axşamı) 50

Rusiya Dövlət Dumasına Leninin dəfn edilməsi barədə qanun layihəsi çıxarılıb

Rusiya Dövlət Dumasına Leninin dəfn edilməsi barədə qanun layihəsi çıxarılıb
/ DÜNYA

Bakı. 20 aprel. / Rusiya Dövlət Dumasının deputatları Vladimir İliç Leninin qalıqlarının dəfn olunması üçün hüquqi mexanizm nəzərdə tutan qanun layihəsini təqdim edib.

"Report" "Russia Today"a istinadən xəbər verir ki, bu təşəbbüsün müəllifləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) və "Vahid Rusiya" Partiyasının deputatları olub.

Deputatların fikrincə, sənəd tarixi şəxsiyyətlərin qalıqlarınin dəfn edilməsinə mane olan hüquqi boşluğu doldurmaq üçün nəzərdə tutulub və bununla Leninlə bağlı işə son qoyulacaq.

Qanun layihəsinin təşəbbüskarları Rus Pravoslav Kilsəsinin mövqeyinə əsaslanır. Belə ki, kilsə onun qalıqlarının torpağa verilməsinin, yəni dəfn edilməsinin zəruri olduğunu bildirir.

Qeyd olunur ki, layihə aprelin 22-də dünyaya gəlmiş V.İ.Leninin doğum gününə həsr olunub.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";