16:13, 21 Aprel 2017 (Cümə) 79

Rusiya neft hasilatını 250 min barel azaldıb

Rusiya neft hasilatını 250 min barel azaldıb

Bakı. 21 aprel. / Rusiya bu ilin aprel ayında gündəlik neft hasilatını oktyabr ayına nisbətən 250 min barel azaldıb.

“Report” RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə energetika naziri Aleksandr Novak jurnalistlərə bildirib.

“Bu günə neft hasilatının azaldılması göstəricisini gündəlik 250 min barelə çatdırmışıq. Plana uyğun olaraq, aprelin sonuna azalmanı 300 min barelə çatdırmalıyıq”,- deyə nazir əlavə edib.

Qeyd edək ki, 2016-cı il oktyabrın 30-da OPEC ölkələri gündəlik hasilatın oktaybr ayı səviyyəsindən 1,2 mln. barel azaldılması barədə razılığa gəlib. Dekabrın 10-da isə OPEC-ə üzv olmayan 11 ölkə hasilatını 558 min barel azaltmaq barədə razılaşıb. Razılığa əsasən, Rusiya gündəlik hasilatını 300 min barel azaldacaq. Razılıq 2017-ci ilin I yarısında uzadılmanın mümkünlüyü ilə əldə edilib.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";