15:34, 19 Aprel 2017 (Çərşənbə) 195

Rusiya XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüş keçirməsi məsələsini şərh edib

Rusiya XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüş keçirməsi məsələsini şərh edib

Bakı. 19 aprel. / "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan XİN başçılarının görüş ehtimalı mövcuddur".

"Report" xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etmək məqsədilə görüş keçirməsinin mümkünlüyü barədə danışarkən deyib.

"Hələlik konkret olaraq heç nə yoxdur. Konkret məlumatlar olarsa, sizi məlumatladıracağıq", - M.Zaxarova bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ATƏT-in baş katibi Lamberto Zanyer arasında keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunub-olunmayacağı ilə bağlı suala M.Zaxarova "digər mövzular arasında, bu məsələ də müzakirə oluna bilər",- deyərək cavab verib.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";