17:20, 15 Aprel 2017 (Şənbə) 116

Rusiyada milli valyuta əmanətlərinin gəlirliliyi minimum həddə düşüb

Rusiyada milli valyuta əmanətlərinin gəlirliliyi minimum həddə düşüb

Bakı. 15 aprel. / Rusiyada fəaliyyət göstərən kommersiya bankları rublla qəbul etdikləri əmanətlərinin illik faiz dərəcəsini 2009-cu ildən bəri minimum həddə endirib.

“Report” rus mətbuatına istinadən xəbər verir ki, hazırda milli valyuta əmanətlərinin gəlirliliyi orta hesabla 7,8%-dir.

Xatırladaq ki, qonşu ölkədə rubl əmanətlərinin illik faiz dərəcəsinin ən yüksək həddi 2014-cü ilin dekabr ayında qeydə alınıb. Həmin vaxt Rusiya bankları milli valyutada qəbul etdikləri əmanətlərə görə illik 15,6% gəlir vəd edib. Buna səbəb Rusiya Mərkəzi Bankının valyuta bazarındakı vəziyyət sabitləşdirmək üçün uçot dərəcəsini kəskin artırması (6,5%-dən 17%-ə çatdırması) olub. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";